Rusiya Ukraynada sərnişin avtobuslarını vurdu - 30 nəfər öldü

rusiya-ukraynada-sernisin-avtobuslarini-vurdu
Oxunma sayı: 732

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobuslarına zərbə endirib.

“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində 30 nəfər ölüb, 18 nəfər yaralanıb.

Ukrayna Milli Polisinin məlumatına görə, yerli vaxtla səhər saat 10:00 (Bakı vaxtı ilə saat 11:00) radələrində Kramatorska UMPB D-30 SN bombası ilə zərbə endirilib:

“Mərmi şəhərin küçələrindən birinə düşüb, həmin vaxt orada iki marşrut avtobusu hərəkət edirmiş”. 

Hadisə yerində fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları çalışırlar.  

Donetsk Vilayət Hərbi Administrasiyasının rəisi Vadim Filaşkin təhlükəsizlik sahəsində vəziyyətin kəskin pisləşməsini nəzərə alaraq, Kramatorsk və Slavyansk şəhər hərbi administrasiyalarına ictimai nəqliyyatın işini dayandırmaq barədə göstəriş verib.