Ötən gün qəzada yaralanan sürücü vəfat etdi

oten-gun-qezada-yaralanan-surucu-vefat-etdi
Oxunma sayı: 525

Ötən gün Xəzər rayonunda baş verən qəzada yaralanan sürücü vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.

Belə ki, Elmar Hüseynovun idarə etdiyi “Daewoo” markalı avtobus Elçin Qədimovun idarə etdiyi “Lada Granta” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində ağır xəsarət alan E.Qədimov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.