İstanbulda çökən binadan 10 nəfər xilas edilib, 2 nəfər ölüb - Yenilənib

istanbulda-coken-binadan-10-nefer-xilas-edilib-2-nefer-olub
Oxunma sayı: 2626

İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli binanın alt 3 mərtəbəsi çöküb. Hadisə oktyabrın 8-də saat 05:40 radələrində Doğu küçəsində baş verib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə yerinə AFAD, yanğınsöndürmə, səhiyyə və polis qrupları göndərilib.

Binanın çökməyən üst mərtəbələrində qalan şəxslər xilasedicilər tərəfindən təxliyə edilib.

Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Binanın alt 3 mərtəbəsinin hansı səbəbdən çökdüyü hələlik məlum deyil.

***

“TRT Haber”in məlumatına görə, dağıntılar altında qalan 14 nəfərdən 8-i xilas edilib.

6 nəfərin axtarışları hələ davam etdirilir.

Hadisə ilə bağlı araşdırma başladılıb.

***

Xilas edilənlərin sayı 10 nəfərə çatıb. 

Bununla belə, hadisə nəticəsində 2 nəfər həlak olub. 2 nəfərin axtarışları davam etdirilir.