İdrak Camalbəyli dəfn olundu - Fotolar

idrak-camalbeyli-defn-olundu
Oxunma sayı: 6653

Ukraynada vəfat edən azərbaycanlı jurnalist İdrak Camalbəyli dəfn olunub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, yaxınları və Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Mərhum jurnalist Masazır kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İ.Camalbəyli martın 29-da uzun müddətdir yaşadığı Ukraynanın paytaxtı Kiyev şəhərində ürəktutmadan vəfat edib.