II Liqaya göndərilmişdi - Orada da qalmaqal yaratdı-Video

ii-liqaya-gonderilmisdi
Oxunma sayı: 960

Azərbaycan II Liqasının 24-cü turunda baş tutan “Xankəndi” – “Qaradağ-Lökbatan” qarşılaşması oyunun sonunda kütləvi dava və mübahisəli hakim qərarları ilə yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, Misli Premyer Liqasının 27-ci turunda “Zirə”nin mübahisəli qolunu qeydə aldığı üçün cəzalandırılaraq İkinci Liqaya göndərilən FIFA referisi İnqilab Məmmədov burada da diqqət mərkəzinə düşüb.

1:1 hesabı ilə başa çatan matçın son dəqiqələri olduqca gərgin keçib.

Belə ki, baş hakim 94-cü dəqiqədə “Xankəndi”nin hücumçusu Elvin Nəsibova ikinci sarı vərəqəni göstərərək onu meydandan qovub. Oyunun 90+11-ci dəqiqəsində isə gərginlik pik həddə çatıb və final fitindən sonra futbolçular arasında dava düşüb.

İnqilab Məmmədov isə asayişi bərpa etmək üçün həm meydandakı oyunçulara, həm də ehtiyat oyunçular skamyasında əyləşənlərə ard-arda vərəqələr göstərib.

Xatırladaq ki, təcrübəli hakimin Premyer Liqadakı səhvindən sonra aşağı liqaya göndərilməsi intizam tədbiri kimi qiymətləndirilmişdi. II Liqadakı son hadisələr onun idarəçiliyi ilə bağlı müzakirələri yenidən alovlandırıb.