İki nəfərin üzərinə qaynar su töküldü - 21 yaşlı oğlan öldü

iki-neferin-uzerine-qaynar-su-tokuldu
Oxunma sayı: 5063

Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən müəssisələrdən birində 40 yaşlı Fəqan Şirinov və 21 yaşlı Nahid Həsənovun üzərinə isti su tökülüb.

Baş prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, F.Şirinov almış olduğu xəsarətlərdən sentyabrın 24-də müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, hadisə kağız istehsal edən müəssisədə baş verib.