“İkinci əməliyyata girməliyəm” - Salam Sarvan

ikinci-emeliyyata-girmeliyem
Oxunma sayı: 4098

Tanınmış şair Salam Sarvan əməliyyat olunub. 

“Qafqazinfo” xəbər verir ki, o, bu haqda Kulis-ə danışıb.

Nikbinliyini qoruyan S.Sarvan hər şeyin yaxşı olacağına inandığını dilə gətirib: “Narahatlığa əsas yoxdur...”

Onun sözlərinə görə, qısa müddətlik müalicə prosesindən sonra ikinci əməliyyat baş tutacaq: “Bacarıqlı həkimlərimiz var olsun. Bir müddətdən sonra ikinci əməliyyata girməliyəm. Hər hansı tərəddüdüm, narahatlığım yoxdur. Gümraham, həyatla doluyam!”