Bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.
Məlumatda bildirilir ki, təyyarədə olarkən dövlət başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verib.
Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır.
***
Prezident İlham Əliyevin olduğu təyyarə Bakı şəhərində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sankt-Peterburq şəhərində MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə baş vermiş qəza ilə bağlı məruzə olunan kimi, dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib və Azərbaycana qayıdıb.
Son xəbərlər
Son Xəbərlər