Türkiyəli aktyor Kenan İmirzalıoğlunun 7 il sonra ekranlara “A.B.İ” serialı ilə qayıdışı ilk bölümdən reytinqləri alt-üst edib.
“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, baş rollarında Afra Saraçoğlunun da yer aldığı layihə ötən gün yayımlanan birinci bölümü ilə reytinq siyahılarında ilk yeri tutub.
Serialın aktyor heyətində həmçinin Asude Kalebek, Sinan Tuzcu, Diren Polatoğulları, Nihal Koldaş, Toprak Sağlam, Serkay Tütüncü, Tuğçe Açıkgöz, Ardıl Zümrüt, Ali Önsöz, Esra Şengünalp, Ebrun Karaş, Yaren Yapıba kimi tanınmışlar yer alıb.

Son xəbərlər
Son Xəbərlər