İlk dəfə həmin vəzifəyə namizədlərin adını çəkdi

ilk-defe-hemin-vezifeye-namizedlerin-adini-cekdi
Oxunma sayı: 464

Ukrayna Prezidenti Volodimir Zelenski Andrey Yermakın işdən çıxarılmasından sonra ilk dəfə olaraq öz ofisinin rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri Londonda Avropa İttifaqı liderləri ilə görüşdən sonra jurnalistlərə bildirib.

“Ofis rəhbərinə gəlincə, mən məsləhətləşmələr apardım. Variantlar var - müdafiə naziri Denis Şmıqal və ya Rəqəmsal Transformasiya Nazirliyinin rəhbəri Mixail Fedorov. Amma burada bir problem var, çünki şura onları təyin etməzdən əvvəl ilk növbədə vəzifələrindən kənarlaşdırmalıdır”, - Zelenski vurğulayıb. 

Xatırladaq ki, A. Yermak korrupsiya qalmaqalından sonra tutduğu vəzifədən istefa verib və Ukrayna lideri Volodimir Zelenski onun istefa ərizəsini qəbul edib. Daha sonra Xarkov vilayətinin Hərbi-mülki Administrasiyasının Daxili İşlər İdarəsi ona qarşı cinayət işi açıldığı barədə məlumat yayıb.