İlk süni intellekt funksiyalı telefon

ilk-suni-intellekt-funksiyali-telefon
Oxunma sayı: 2923

Almaniyanın “Deutsche Telekom” şirkəti süni intellekt (AI) funksiyalarına malik ilk smartfonun buraxıldığını elan edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Android Central” məlumat yayıb. 

Şirkət fevralın sonunda keçiriləcək “Mobile World Congress 2024” sərgisində süni intellektlə işləyən telefon konseptini təqdim edib.

Cihaz Qualcomm və Brain.ai ilə birgə yaradılıb.

Qurğu tamamilə süni intellektə əsaslanacaq və heç bir tətbiqi olmayacaq.

“T Phone” adlı mobil vasitə süni intellekt modeli vasitəsilə istifadəçi sorğularını emal edəcək.

Cihaz sensor ekran və ya səslə idarə oluna bilər. O cümlədən süni intellekt sizə fotoları redaktə etməyə və videoları emal etməyə imkan verəcək. Cihazın xüsusiyyətləri açıqlanmır, lakin smartfon flaqman Snapdragon 8 Gen 3 prosessorunu alacaq.