İlon Mask 12-ci dəfə ata olub - “Bloomberg”

ilon-mask-12-ci-defe-ata-olub
Oxunma sayı: 8107

“SpaceX” və “Tesla” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Maskın 12-ci dəfə ata olduğu bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” agentliyi yayıb. 

Milyarderin 12-ci övladının anasının “Neuralink” şirkətinin xüsusi layihələr üzrə direktoru Şivon Zilis olduğu və körpənin bu ilin əvvəli dünyaya gəldiyi iddia olunur. 

Nə İ.Mask, nə də Ş.Zilis məsələ ilə bağlı açıqlama verib. 

Qeyd edək ki, 2021-ci ildə Şivon Zilis və İlon Maskın əkiz uşaqları dünyaya gəlib. Bununla yanaşı, Maskın müğənni Grimesdən 3, əvvəlki münasibətlərindən isə 6 övladı var.