“Trampın yardımı kəsmək qərarı məni sarsıtdı”

trampin-yardimi-kesmek-qerari-meni-sarsitdi
Oxunma sayı: 287

“ABŞ Prezidenti Donald Trampın İsrailə nəzərdə tutulan 4 milyard dollarlıq hərbi yardımı kəsmək qərarı məni sarsıtdı”.

“Qafqazinfo” xəbər verir ki, bunu İsrail Prezidenti İshak Hersoq müxalifətdə olan “Yesh Atid” partiyasının nümayəndə heyəti ilə görüşdə deyib.

İsrail Prezidenti bu addımla bağlı əvvəlcədən xəbərdar edilmədiyini etiraf edib: “Amerika yardımının kəsilməsi məsələsi məni çox narahat edir. Noyabrın 3-də elan olunan bu qərar məni sarsıtdı”.

Hersoq əlavə edib ki, Vaşinqtonla strateji münasibətləri qorumaq üçün ölkədə erkən seçkilərdən qaçmaq və təcili olaraq sabit hökumət formalaşdırmaq lazımdır.

Qeyd edək ki, ABŞ-də keçirilən aralıq seçkilər günü bəyanat verən Donald Tramp ilin sonuna qədər İsrailə yardımın dayandırılması barədə razılığa gəlindiyini bildirib. İsrail dövlət televiziyasının məlumatına görə, Vaşinqtonun bu gözlənilməz addımı İsrail Müdafiə Nazirliyi və ordu rəhbərliyi tərəfindən böyük təəccüblə qarşılanıb.