İmişli rayonunda yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1969-cu il təvəllüdlü Abışov Akif Mədət oğluna məxsus ikiotaqlı yaşayış evi yanıb. Yanğının söndürülməsinə İmişli Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb.
Hadisə zamanı ev sahibi yanaraq həyatını itirib.
Qeyd edək ki, mərhum uzun illər yataq xəstəsi olub. Hadisə baş verən zaman evdə ondan başqa heç kim olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər