“Kivinin saysız-hesabsız faydaları ilə yanaşı, bəzi insanlar üçün ciddi əks-göstərişləri də mövcuddur”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə dietoloq Anton Polyakov açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, avokadoya, fındığa, buğdaya, əncirə və ya xaşxaşa allergiyası olan şəxslər kivinin qəbulundan çəkinməlidirlər. O izah edib ki, bu meyvənin tərkibində kəskin çarpaz reaksiyalar verə bilən allergenlər mövcuddur.
Həkim həmçinin mədə-bağırsaq traktının xəstəlikləri kəskinləşmə mərhələsində olanlara, eləcə də böyrəklərin kəskin xəstəlikləri və urolitiaz (böyrəkdaşı xəstəliyi) zamanı kivi yeməməyi tövsiyə edib.
Bununla belə, dietoloq xatırladıb ki, bu meyvə C vitamini və kalium kimi bir çox qiymətli maddələrlə zəngindir.
Son xəbərlər
Son Xəbərlər