“İnternet bankçılığın xüsusi çəkisi 80 faizə çatıb”

internet-bankciligin-xususi-cekisi-80-faize-catib
Oxunma sayı: 998

“Cari hesablar üzərindən aparılan müştəri köçürmələrində internet bankçılığının xüsusi çəkisi 80 faizə çatıb”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın icraçı direktoru Fərid Osmanov Bakıda keçirilən VII Beynəlxalq bankçılıq forumunda bildirib.

Fərid Osmanovun sözlərinə görə, internet bankçılıq vasitəsilə aparılan əməliyyatların həcmi 9 ay ərzində 15 faiz artaraq 172 milyard manata çatıb.

“Mobil bankçılıq əməliyyatlarının həcmi 2,4 dəfə artıb. Oktyabrın 1-nə dövriyyədə istifadə olunan kartların sayı 20 % artaraq 16 milyona çatıb. Nağdsız dövriyyənin xüsusi çəkisi 12,4 % artıb. Bu onu göstərir ki insanların gündəlik həyatında rəqəmsal bankçılığın önəmi artmaqdadır”, - AMB rəsmisi əlavə edib.

***

F.Osmanov əlavə edib ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqınd” Qanun noyabrın 9-da qüvvəyə minəcək.

“Noyabrın 9-dan sonra maliyyə bazarlarında ödəniş effektivliyinin formalaşdırılması istiqamətində zəruri və fundamental tədbirlərə başlanılacaq. Strateji hədəfimiz növbəti dövr ərzində açıq bankçılıq platforması konsepsiyasının formalaşdırılması, açıq bankçılıqdan açıq maliyyəyə keçidin sürətləndirilməsidir. Bu keçid bizə imkan verəcək ki, bank sektoru ilə yanaşı sığorta və digər kapital bazarları sahəsində də açıq məlumatların paylanması imkanlarını təşviq edək. Hazırda maliyyə sisteminin inkişafı strategiyası formalaşdırılır və bu strategiya tamamlanmaq üzrədir”.

Zaur Mirzə