İran Yərusəlim ətrafında yerləşən Beyt Şemeş inzibati rayonuna ballistik raketlə zərbə endirib.
“Qafqazinfo” “Times of Israel”ə istinadən xəbər verir ki, hücum nəticəsində azı 6 nəfər həlak olub.
Bundan başqa, 23 nəfərin yaralandığı, onlardan üç nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Raket hücumu zamanı ərazidə həyəcan siqnalının işə düşmədiyi qeyd olunub. Hadisə yerində axtarış-xilasetmə qüvvələri və tibbi xidmət işçiləri çalışırlar. Yaralıların təxliyəsi üçün helikopter göndərilib.
Son xəbərlər
Son Xəbərlər