İran gəmisi Oman körfəzində atəşə tutuldu

iran-gemisi-oman-korfezinde-atese-tutuldu
Oxunma sayı: 561

İrandan yola çıxan yük gəmisi Oman körfəzində atəşə tutularaq dayandırılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

“UKMTO İran sahillərindən 8 dəniz mili (təxminən 14 km) qərbdə baş verən hadisə barədə məlumat alıb. Limandan çıxan gəminin kapitanı atəşə tutulduğunu bildirir, hazırda gəmi suda hərəkətsiz dayanıb. Ekipaj təhlükəsizlikdədir. Gəmiyə dəymiş zərər məlum deyil”, - məlumatda deyilir.