“İran müharibəsi sona çox yaxındır” - Video

iran-muharibesi-sona-cox-yaxindir
Oxunma sayı: 544

“İran müharibəsi sona çox yaxındır”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox Business Network”ün “Səhərlər Maria ilə” proqramına müsahibəsində deyib.

O, İranla davam edən münaqişənin son mərhələyə yaxın olduğunu bildirib.

Müsahibədən yayımlanan hissədə Tramp müharibə barədə nikbin fikir səsləndirib: “Düşünürəm ki, sona yaxındır, bəli. Mən bunu sona çox yaxın hesab edirəm”.

O, eyni zamanda, münaqişənin uzanmasının ABŞ üçün ciddi nəticələrə səbəb ola biləcəyini qeyd edib: “Əgər indi riskə girsəydim, bu ölkəni yenidən qurmaq üçün 20 il lazım olardı. Biz hələ bitməmişik. Görəcəyik nə olacaq”.

Tramp əlavə edib ki, İran tərəfinin “çətin, lakin razılaşma əldə etməyə meyilli” olduğunu düşünür.

Müsahibənin tam versiyasının çərşənbə günü yayımlanacağı gözlənilir.