İranda avtobus aşdı - Ölənlər var

iranda-avtobus-asdi
Oxunma sayı: 276

İranın Buşehr vilayətində sərnişin avtobusu aşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində  8 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Qəza vilayətin Bəndər Kəngan şəhərində baş verib.

Məlumata görə, Asəluye-Kəngan marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Siraf körpüsü yaxınlığında idarəetmədən çıxaraq aşıb.

Yaralılara hadisə yerində ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.