İranda genişmiqyaslı etiraz aksiyaları başlayıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ölkənin milli valyutası olan rialın kəskin dəyər itirməsi olub.
Paytaxt Tehranda başlayan etirazlar bütün ölkə ərazisinə yayılıb.
Cərəyan edən hadisələr fonunda İran Prezidenti Məsud Pezeşkianın sərəncamı ilə Mərkəzi Bankda təcili iclas keçirilib. Artıq İran Mərkəzi Bankının sədri Mohammad Farzin istefa verib, onun yerinə keçmiş iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Həmmati təyin edilib.
Qeyd edək ki, İran rialı dekabrın 28-də 1 dollar/1,42 milyon rial səviyyəsinə qədər ucuzlaşıb. Ötən gün isə bir qədər dəyər qazanaraq 1 dollar/1,38 milyon rial səviyyəsində ticarət olunmağa başlayıb.
Sosial şəbəkələrdə Tehranda keçirilən mitinqlərdən görüntülər yayılıb. Etirazçılar aksiya zamanı hökumət əleyhinə şüarlar səsləndiriblər.
Son xəbərlər
Son Xəbərlər