İrandakı aksiyalarda ölənlərin sayı artır

irandaki-aksiyalarda-olenlerin-sayi-artir
Oxunma sayı: 1868

İranda davam edən etiraz aksiyaları zamanı ölənlərin sayı 35-ə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ-də fəaliyyət göstərən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) yayıb. 

Ölənlərin 29-nun etirazçı, 4-nün uşaq, 2-nin isə İran təhlükəsizlik qüvvələrinin üzvü olduğu qeyd edilib.

Agentlik həmçinin bildirib ki, aksiyalar çərçivəsində 1200-dən çox insan saxlanılıb.

Qeyd edək ki, İranda iqtisadi böhran fonunda ötən həftə başlayan aksiyalar hazırda ölkənin 31 əyalətindən 27-də davam edir. Daha əvvəl yayılan məlumatda 20 nəfərin öldüyü açıqlanmışdı.