“Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - Anbaan video

toyota-prado-ana-ve-arabadaki-korpesinin-ustunden-kecdi
Oxunma sayı: 2512

Dünən Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrliyində ağır qəza olub.

“Qafqazinfo” xəbər verir ki, Cavid Ağayevin idarə etdiyi “Toyota Prado” markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A. Abdullayevanı vurub.

Saat 09:38 radələrində baş vermiş hadisə nəticəsində A. Abdullayeva xəsarət alıb, körpənin vəziyyəti normaldır.

Qəzadan sonra sürücü saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, ilkin araşdırma zamanı sürücü sükan arxasında yuxuya getdiyini və hadisənin necə baş verdiyini xatırlamadığını deyib: “O həmçinin əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya getdiyini qeyd edib.

Sükan arxasında dəfələrlə yuxuya getdiyini bilə-bilə yenidən avtomobil idarə etmək insanların həyatını birbaşa təhlükəyə atan bağışlanmaz məsuliyyətsizlikdir.

Yuxulu halda sükan arxasına əyləşməmək də, yolda yuxusu gələndə təhlükəsiz yerdə dayanmaq da sürücünün öz əlindədir. Ancaq gözləri yumulduğu halda yoluna davam edən sürücü bir daha gözlərini açmaya, sağ qalsa belə, bir insanın ölümünə səbəb olan bu səhv qərara görə illərlə evindən və ailəsindən uzaqda gecələyə bilər”.

Hadisə anının görüntülərini təqdim edirik: