“İranı yer üzündən silin” - ABŞ senatoru

irani-yer-uzunden-silin
Oxunma sayı: 3129

ABŞ-nin respublikaçı senatoru İranı dünya xəritəsindən silməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Konqresinin yuxarı palatası, Senatın Respublikaçı üzvü Lindsi Qram “Fox News” televiziyasına açıqlama verib.

“Qırmızı dənizdə gəmilərə hücum edən husilər İran tərəfindən maliyyələşdirilir, ona görə də İran dünya xəritəsindən silinməlidir”.

O, İranın yoxluğunun husilərin də yoxluğu demək olduğunu söyləyib.

“Husilər İran tərəfindən tam dəstəklənir. Mən altı aydır ki, İranı vurmağa çağırıram. Ölkənin o boyda neft yataqları var buna baxmayaraq, inqilab keşikçilərinin qərargahı kosmosdan da görünür.