Bir neçə gün əvvəl ABŞ hərbçiləri İŞİD üzvü olmaqla təqsirləndirilən 5700-ə qədər məhbusun Suriya həbsxanalarından İraqa köçürülməsi əməliyyatını başa çatdırıb.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə köçürülən həmin şəxslərlə bağlı İraq Ədliyyə Nazirliyi adından sənəd yayılıb.
Sözügedən sənəddə isə köçürülənlərin milliyətləri və hansı ölkə vətəndaşı olmaları qeyd olunub.
İddialara görə, həmin məhbuslar arasında 55 Azərbaycan vətəndaşı da var. Ümumilikdə isə siyahıda 66 ölkənin adı yer alıb.

Son xəbərlər
Son Xəbərlər