Ağsudakı yarımtikilidə meyit tapıldı

agsudaki-yarimtikilide-meyit-tapildi
Oxunma sayı: 662

Ağsuda yarımtikililərdən birində meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə martın 11-də saat 12:50 radələrində qeydə alınıb.

Rayon sakini Turab Həsən oğlu Səmidovun meyiti Xurşudbanu Natəvan küçəsində yerləşən yarımtikilidə aşkar olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.