İrem Derici xəstəxanalıq oldu - Konsertini ləğv etdi

irem-derici-xestexanaliq-oldu
Oxunma sayı: 3874

Məşhur türkiyəli müğənni İrem Derici xəstəxanalıq olub.

“Qafqazinfo” xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

Müğənni səhhətindəki problemə görə, konsertini ləğv etməli olduğunu açıqlayıb:

“Halsızlıq və şiddətli ishal səbəbilə günlərlə gözlədiyim Uşak konsertimi təxirə salmalı oldum. Həkim 5 günlük istirahət yazıb”.

Xatırladaq ki, müğənnin adı keçən həftə İstanbul prokurorluğunun tanınmış simalarla bağlı başlatdığı “narkotik əməliyyatı”nda da hallamışdı.

Saxlanıldığı gün nişan mərasimi planlaşdırılsa da, hadisələrə görə, məclis təxirə salınmışdı.