“Sabah sülh sazişinin hazırlanması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş planlaşdırılıb, lakin rəsmi İrəvan görüşdə iştirak etməkdən imtina edib”.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
***
Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan ölkəsinin sözügedən görüşdən imtina etməsi barədə açıqlama yayıb.
Onun sözlərinə görə, Ermənistan Laçın dəhlizindəki vəziyyət nizamlanana qədər görüşün təxirə salınması ilə bağlı müraciət edib.
Son xəbərlər
Son Xəbərlər