Naxçıvanda hərbi hissədə yanğın oldu - Fotolar

naxcivanda-herbi-hissede-yangin-oldu
Oxunma sayı: 7179

Naxçıvan şəhərindəki hərbi hissələrin birində yanğın baş verib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə hərbi hissənin çörək sexində qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstələri və polis əməkdaşları hadisə yerindədir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir