“Təxliyə olunacaqlar siyahısında 500 Rusiya vətəndaşı var”

texliye-olunacaqlar-siyahisinda-500-rusiya-vetendasi-var
Oxunma sayı: 661

Hazırda İrandan Azərbaycan vasitəsilə təxliyə olunmalı şəxslərin siyahısında 500 Rusiya vətəndaşı var.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. 

“Rusiyanın Azərbaycandakı səfirliyi Astara buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunan Rusiya vətəndaşlarına yardım göstərir. Hazırda Azərbaycan vasitəsilə təxliyə siyahısında artıq təxminən 500 həmyerlimiz qeydə alınıb”, - diplomatik nümayəndəliyin bəyanatında deyilir.