Qızlar məktəbinə endirilən zərbə nəticəsində ölənlərin sayı artdı - Yenilənib

qizlar-mektebine-endirilen-zerbe-neticesinde-olenlerin-sayi-artdi
Oxunma sayı: 4375

İranın cənubundakı Hörmüzqan əyalətinin Minab rayonuna hücumdan sonra qızlar üçün ibtidai məktəbdə ölənlərin sayı artıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mizan” xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Ölənlərin sayı 148-ə, yaralıların sayı isə 95-ə çatıb”, - məlumatda deyilir.

Qeyd edək ki, daha öncə ölən şagirdlərin sayının 115 olduğu bildirilirdi.

***

Minab meri Məhəmməd Radmehr bildirib ki, İsrail və ABŞ-nin fevralın 28-də məktəbə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 153 nəfərə çatıb.