“Turan Tovuz” “İmişli”yə, “Qarabağ” “Sabah”a qarşı

turan-tovuz-imisliye-qarabag-sabaha-qarsi
Oxunma sayı: 1388

Bu gün Misli Premyer Liqasında XXII tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, turun son oyun günündə iki görüş keçiriləcək.

Günün ilk oyununda “Azərsun Arena”da “Turan Tovuz” “İmişli” ilə qarşılaşacaq.

Turun mərkəzi matçında isə “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Sabah”ı qəbul edəcək.

16:30. “Turan Tovuz” - “İmişli”;

19:00. “Qarabağ” - “Sabah”.