Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 106 yaşı tamam olur.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1920-ci il martın 1-də yaradılan AZƏRTAC sonralar sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentlik özünün tarixi adını qaytarıb. Belə ki, 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlanıb.
AZƏRTAC rəsmi məlumatlarla bərabər, fasiləsiz olaraq səkkiz - Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır.
Bundan əlavə, AZƏRTAC 55 xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, 5 qitədə fəaliyyət göstərən agentliklərlə informasiya mübadiləsi aparır.
Son xəbərlər
Son Xəbərlər