3 yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - Video

3-yasli-usagin-barmaqlari-demir-qapi-arasinda-qaldi
Oxunma sayı: 598

Gəncə şəhəri Eminbəyli küçəsində 3 yaşlı uşağın barmaqları dəmir qapı arasında qalıb.

“Qafqazinfo” xəbər verir ki, təhlükəli vəziyyətin yaranması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə uşağın barmaqlarını dəmir qapıdan çıxararaq xilas ediblər.