İrəvanın “Ararat” Konyak, Şərab və Araq Zavodunun direktoru Arman Davtyan saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Armenia Today” nəşri məlumat yayıb.
Bildirilir ki, əvvəllər “Çiçəklənən Ermənistan” Partiyasının həbsdə olan lideri, qalmaqallı iş adamı Qaqik Tsarukyana məxsus fabrikdə bir neçə gündür genişmiqyaslı inventarizasiya və yoxlamalar aparılırdı.
Ermənistan İstintaq Komitəsindən verilmə məlumata görə, Arman Davtyan külli miqdarda vergidən yayınma ittihamı ilə məhkəməyə gəlməsini təmin etmək məqsədilə saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər