Ermənistanın paytaxtı İrəvanda partlayış olub.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə Erebuni bölgəsində qeydə alınıb.
Xəbəri rus dilində oxuyun: Еще один житель Тертера подорвался на мине
İlkin məlumata görə, partlayış nəticəsində 2 ev uçub. Dağıntılar altında insanların olduğu bildirilir.
***
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyanın sözlərinə görə, dağıntılar altından bir qadın və kişinin cəsədi çıxarılıb.
Dağıntılar altından çıxarılan daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Partlayış nəticəsində 4 ev dağılıb. Hadisənin səbəbi hələ ki açıqlanmayıb.