İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın başçılığı ilə yürüş keçirilir.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiya Müqəddəs Maarifçi Qriqori kafedral kilsəsində keçirilən Milad tədbirindən sonra start götürüb.
Paşinyanın “xaç yürüşü” adlandırdığı aksiyada məmurlar da iştirak edirlər. Onu həmçinin həyat yoldaşı Anna Akopyan müşayiət edir.
Yürüş iştirakçılarının Müqəddəs Məryəm Ana məbədinə doğru hərəkət etdikləri bildirilir.
Son xəbərlər
Son Xəbərlər