İrina Zaretska ilk görüşündə uduzdu

irina-zaretska-ilk-gorusunde-uduzdu
Oxunma sayı: 1640

Azərbaycan karate yığmasının üzvü İrina Zaretska Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəni erkən dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, xanım idmançımız 1/8 final mərhələsində fransalı Alizi Agierə uduzub. 

Rəqibinə 1:3 hesabı ilə məğlub olan ukrayna əsilli idmançı AÇ ilə vidalaşıb. 

Kişilərin yarışında mübarizə aparan Asiman Qurbanlı yunanıstanlı Georgios Tzanosa qalib gəlsə də, növbəti raundda Ukraynanı təmsil edən həmyerlimiz Rizvan Talıbova yenilib.