“Onlar regional müharibəni qızışdırmaq istəyirlər”

onlar-regional-muharibeni-qizisdirmaq-isteyirler
Oxunma sayı: 735

İran hesab edir ki, ABŞ və İsrail Fars körfəzində regional müharibəni qızışdırmaq istəyirlər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İranın Qahirədəki diplomatik missiyasının rəhbəri Müctəba Firdovsipur bildirib.

“Onlar bu müharibədən çıxmaq istəyirlər ki, qonşuları - İran və Fars körfəzinin cənubunda yerləşən ərəb ölkələri arasında müharibə olsun”, - diplomat təklif edib.

Onun sözlərinə görə, Vaşinqton və Təl-Əviv hazırda regional liderlərə təzyiq göstərir ki, onları Tehrana qarşı müharibəyə cəlb etsinlər.