Lev Tolstoyun nəticəsi Rusiya vətəndaşı oldu

lev-tolstoyun-neticesi-rusiya-vetendasi-oldu
Oxunma sayı: 792

Rusiya Prezidenti Vladimir Putin bir neçə şəxsin Rusiya vətəndaşlığına qəbul edilməsi haqqında Fərman imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, müvafiq sənəd dərc edilmiş hüquqi aktların rəsmi internet portalında dərc olunub.

Sənədə əsasən, məşhur rus yazıçısı Lev Tolstoyun nəticəsi, 1972-ci ildə İsveçdə anadan olmuş Daniil Tolstoya Rusiya vətəndaşlığı verilib. 

Bundan başqa, Rusiya imperatoru I Pyotrun silahdaşı, qraf Aleksandr Menşikovun nəslindən olan Nikolas Sampsidis və 1877-78-ci illər Rusiya-Osmanlı müharibəsinin qəhrəmanı Nestor Genkonun nəslindən olan Nikolay Genko da vətəndaşlığa qəbul edilib.