İrlandiya tarixinin ən gənc Baş naziri o oldu

irlandiya-tarixinin-en-genc-bas-naziri-o-oldu
Oxunma sayı: 2449

İrlandiyanın koalisiya hökumətinə daxil olan “Fine Gael” partiyasının yeni lideri Saymon Harris respublikanın yeni Baş naziri olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd edilib ki, Harrisin namizədliyini 88 deputat dəstəkləyib, 69 deputat əleyhinə çıxış edib. Beləliklə, 37 yaşlı siyasətçi ölkə tarixində ən gənc Baş nazir olacaq.

Harris İrlandiya prezidenti Maykl Hiqqinslə görüşəcək və hökumətin başçısı kimi təsdiqlənəcək. Onun Nazirlər Kabinetində də dəyişiklik edəcəyi gözlənilir.

Xatırladaq ki, bir müddət öncə İrlandiyanın Baş naziri Leo Varadkar istefa verib.

O, istefaya getməyinin həm şəxsi, həm də siyasi səbəblərlə bağlı olduğunu deyib.