İspaniyadan darmadağın - Video-Yenilənir

ispaniyadan-darmadagin
Oxunma sayı: 1112

Dünya çempionatının qrup mərhələsinin oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, favoritlərdən İspaniya bu gün ikinci oyununa çıxacaq.

Onlar Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək. Matç saat 20:00-da başlayacaq.

Dünya çempionatı

İkinci tur

20:00. İspaniya - Səudiyyə Ərəbistanı

***

Komandaların start heyətləri bəlli olub:

İspaniya: Unai Simon, Mark Kukurelya, Aymerik Laport, Pau Kubarsi, Markos Lyorente, Rodri, Pedri, Fabian Ruiz, Aleks Baena, Mikel Oyarzabal, Lamin Yamal.

Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Oveys, Həsən Əl-Tambakti, Əli Əl-Amri, Səud Əbdülhəmid, Mətin Əl-Hərbi, Məhəmməd Kanno, Musab Əl-Xaybari, Musab Əl-Cüvayr, Salem Əl-Davsari, Firas Əl-Şamat, Firas Əl-Bureykan

***

Matç başladı.

***

Lamin Yamal 11-ci dəqiqədə İspaniyanı önə çıxarır.

***

21-ci dəqiqədə Mikel Oyarzabal fərqlənir.

***

Mikel Oyarzabal 24-cü dəqiqədə dublunu rəsmiləşdirir.