İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın paytaxtı Beyrutun cənub ətrafına və “Hizbullah” təşkilatının obyektləri və tərəfdarlarının yaşadığı ərazilərə hücum edib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Rafik Həriri Beynəlxalq Hava Limanına gedən magistral yolda yerləşən Burj əl-Barajna qaçqın düşərgəsinə azı iki zərbə endirilib.
Beyrutun cənubundakı Hay əl-Riml, Haret Horeik və El Leylaki məhəllələri hava hücumlarına məruz qalıb.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri ötən gün də Beyruta aviazərbələr endirmişdi.
Son xəbərlər
Son Xəbərlər