İsrail İrana zərbələr endirdi - Uçuşlar dayandırıldı - Video

israil-irana-zerbeler-endirdi
Oxunma sayı: 17402

İsrail İrana raket zərbələri endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, bundan sonra ölkənin bir neçə şəhərinin üzərində mülki aviasiyanın uçuşları dayandırılıb.

Xatırladaq ki, İsrail aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasına hava zərbəsi endirib. Nəticədə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 2 generalı həlak olub. Buna cavab olaraq aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə İsrailə hücum edib. Aprelin 14-ü isə İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

***

İranın hava hücumundan müdafiə qüvvələri İsfahan səmasında olan üç pilotsuz uçuş aparatını vurub.

Bildirilib ki, dronlar bu gün yerli vaxtla təxminən 03:00-da İsfahan üzərində müşahidə edilib.