İsraildə koronavirusa yoluxanların sayı daha 127 nəfər artaraq 10,095-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi açıqlama verib. Açıqlamada bildirilib ki, xəstəlik səbəbindən ümumilikdə 92 nəfər həyatını itirib, 1,061 pasiyent isə sağalaraq evinə buraxılıb.
Qeyd edək ki, İsraildə koronavirusun yayılması səbəbiylə ictimai və şəhərlərarası nəqliyyat dayandırılıb.
Son xəbərlər
Son Xəbərlər