Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir - Fotolar

xocavendde-ilk-defe-seher-gunu-kecirilir
Oxunma sayı: 283

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.

Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, nazirlik və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir.

Bu gün, eyni zamanda, Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Hər iki tarixi gün münasibətilə Xocavənd şəhərinin mərkəzi parkı bayram ab-havasında bəzədilib.

Şəhər Günü ilə bağlı parkda təsviri sənət üzrə master-klas keçirilib.

Muzey Mərkəzinin təşkil etdiyi tədbirdə Xocavəndə qayıdan məktəblilər peşəkar rəssamların verdiyi istiqamətlə rəsm bacarıqlarını nümayiş etdiriblər.

Uşaqlar əsasən Qarabağın təbii gözəlliklərini canlandırıblar.

Sonda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və mədəniyyət nazirinin müavini Murad Hüseynov balaca rəssamların əl işləri ilə tanış olublar. Uşaqlar çəkdikləri rəsm barədə məlumat veriblər.