İsrailin Rəfahdakı əməliyyatı Ramazandan sonra başlaya bilər

israilin-refahdaki-emeliyyati-ramazandan-sonra-baslaya-biler
Oxunma sayı: 913

İsrail Müdafiə Ordusunun Qəzza zolağında Rəfah şəhərində hərbi əməliyyatı aprelin ortalarında başlaya bilər. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı israilli və amerikalı məmurlara istinadən “Axios” portalı yayıb. 

Bildirilir ki, sözügedən əməliyyatın Ramazan ayından sonra başladılması planlaşdırılır: “Rəfahdakı əməliyyata başlamaq üçün bir neçə həftə tələb olunacaq. Ola bilsin ki, əməliyyat müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı başa çatdıqdan sonra, aprelin ortaları başlaya bilər”. 

Qeyd edək ki, bundan əvvəl, İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi ölkənin Rəfahda genişmiqyaslı əməliyyat həyata keçirməyə hazırlaşdığını açıqlayıb. İsrail hərbçiləri həmin ərazidə HƏMAS hərəkatının 4 batalyonunun olduğunu bildirib.