Türkiyənin bu vilayətində 2 məhəllə quduzluq səbəbindən karantinə alındı

turkiyenin-bu-vilayetinde-2-mehelle-quduzluq-sebebinden-karantine-alindi
Oxunma sayı: 1523

Türkiyənin Hatay şəhərinin Defne rayonunda ölən sahibsiz itdə quduzluq aşkarlanıb.

“Qafqazinfo” “TRT haber”ə istinadən xəbər verir ki, bundan sonra 2 məhəllə karantinə alınıb.

Verilən açıqlamada, aprelin 22-də Meydancık rayonunda sahibsiz itin mal-qaraya hücum etdiyi bildirilib.

Komandalar tərəfindən tutularaq müşahidə edilən və daha sonra ölən sahibsiz itdən götürülən nümunənin Adana Baytar Nəzarət İnstitutu Müdirliyinə göndərildiyi bildirilib.

Təhlillərin nəticələrinə görə, itdə quduzluq aşkar edildikdən sonra Meydancık və ona bitişik Güneysöyüt məhəllələri karantinə alınıb:

Açıqlamada vətəndaşlardan hər hansı bir mənfi halla qarşılaşdıqda ən yaxın sağlamlıq bölməsinə müraciət etmələri, polis və jandarma bölmələrinə məlumat vermələri istənilib.