İstanbulda bina çökdü - Ölən var - Yenilənib - Video

istanbulda-bina-cokdu
Oxunma sayı: 3303

İstanbulun Fatih rayonunda iki bina çöküb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, əraziyə xilasedicilər, təcili tibbi yardım, polis əməkdaşları cəlb olunub.

Məlumata görə, hazırda dağıntılar altında qalan beş nəfərdən üçü xilas edilərək xəstəxanalara aparılıb. Qalan iki nəfərin axtarış-xilasetmə əməliyyatları davam edir.

***

Binaların çökməsinə səbəb qaz sızması nəticəsində baş verən partlayışdır.

***

9 nəfər dağıntılar altından sağ çıxıb, qalan 2-nin axtarışları davam etdirilir.

***

İstanbulun Fatih rayonda iki binanın uçması zamanı dağıntılar altında qalan 11 nəfər xilas edilib.

Aparılan axtarışlar nəticəsində bir nəfərin meyiti aşkarlanıb.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir, partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.