İstanbuldakı yanğında 29 nəfər öldü - Yenilənib

istanbuldaki-yanginda-29-nefer-oldu
Oxunma sayı: 4389

İstanbulda 16 mərtəbəli binada yanğın baş verib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, binanın birinci mərtəbəsində qeydə alınan yanğın zamanı 8 nəfər həlak olub, daha 9 nəfər isə yaralanıb. 

Yanğının sözügedən mərtəbədə təmir zamanı başladığı bildirilir. Hadisə qeydə alınan məkan gecə klubu olaraq istifadə edilib. 

***

Beşiktaşda baş verən bu hadisə zamanı ölənlərin sayı 12-yə çatıb. Daha 11 nəfərin yaralı olduğu bildirilir. Onlardan 7-sinin vəziyyəti ağırdır. 

***

Hadisə zamanı ölənlərin sayı 15-ə yüksəlib. 

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin daxili işlər naziri Ali Yerlikaya zəng edərək hadisə ilə bağlı məlumat alıb. 

***

“NTV”nin məlumatına görə, yanğında 25 nəfər həlak olub. Hazırda 3 yaralı şəxsin vəziyyətinin ağır olduğu bildirilir. 

***

"Hürriyet"in məlumatına görə, hadisə nəticəsində həlak olanların sayı 27-yə çatıb. 

***

Anadolu agentliyinin məlumatına görə, yanğında ölənlərin sayı 29-a çatıb.